Diqqətli olun! Yeni növ dələduzluqla məşğul olanlar peyda olub (VİDEO)
Azərbaycanda yeni növ dələduzluqla məşğul olanlar peyda olub.
Qaynarinfo-nun xezerxeber.az-a istinadən məlumatına görə, onlar elan saytlarında avtomobilləri dəyərindən ucuz qiymətə satdıqlarını elan edirlər. Zəng edən müştərilərə isə maşını istəyənin çox olduğunu, tez almaq üçün isə behə ehtiyac duyulduğunu bildirirlər. Beləliklə, bu üsulla dələduzluq edirlər.
Vəkil Anar Ramazanov bu kimi hallara qarşı vətəndaşları diqqətli olmağa çağırıb. Bu hal dəlduzluq sayılsa da, məbləğ az olduğundan bunu edən şəxslərə qarşı cinayət işi açıla bilmir.
Bu halda aldadılan vətəndaş polisə məlumat verə bilər və bu zaman hər iki tərəfdən izahat alınacaq. Amma məsələnin həlli yolu yenə məhkəmədə olmalıdır.
Təcrübə isə göstərir ki, adətən tərəflər kiçik məbləğlərə görə heç məhəkəmələrə də müraciət etmirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər