Dünya 15:10 25.09.2020

Distant təhsil şagirdlər arasında təbəqələşmə yaradacaq - Araşdırma

Onlayn təhsil şagirdlərin pis və əla şagird kimi sərt təbəqələşməsinə gətirib çıxara bilər. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu qənaətə EdCrunch Universiteti NUST MISIS bazasında yaradılan onlayn təhsil və rəqəmsal korporativ təlim sahəsindəki səlahiyyət mərkəzinin mütəxəssisləri tərəfindən gəlinib. 

"Əgər "yeni reallıq” adlandırılan vəziyyət pandemiya şəraitində davam edərsə, onda Rusiya məktəb təhsili uşaqlar arasında böyük bir təbəqələşmə yaradacaq. Dərsləri mənimsəyə bilməyən şagirdlər sadəcə bilik əldə etməyi dayandıracaqlar”, - deyə EdCrunch Universitetinin direktoru Nurlan Qiyasov qeyd edib.

Sorğuda iştirak edən valideynlərin 72%-i uşaqların distant təhsil zamanı diqqətlərini yayındırdıqlarını söyləyib. Aydın olub ki, intizamlı şagirdlər pandemiya şəraitində yeni tədris mühitinə baxmayaraq, məlumatları mənimsəyə bilirlər və nəticədə intizamlı şagirdlər məlumatları səmərəli mənimsədikləri halda nəzarətsiz qalanlar daha pis öyrənməyə başlayırlar. 

Anket 15 min valideyn arasında aparılıb.
 
Alpər