Xəbər lenti

Foto 13:53 18.03.2021

Distant təhsilə keçən məktəbin müəllimi koronavirusdan öldü (FOTO)

Azərbaycanda müəllim koronavirusdan vəfat edib. 

Qaynarinfo xəbər verir ki, Bakıda yerləşən R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva bu gün COVID-19-dan ölüb. 

Xatırladaq ki, dünən yayılan rəsmi məlumatlarda koronavirusa yoluxma səbəbindən 39 saylı tam orta məktəbin fəaliyyətini distant formada davam etdirəcəyi bildirilib. 

Məlumatda həmin məktəbdə 2 müəllim, bir direktor müavini və bir texniki işçinin COVID-19 testinin müsbət çıxdığı qeyd edilib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->