Xəbər lenti

Diversantların yaxınları Yerevana gedən əsas yolu bağladı
Dünya 15:03 10.02.2021

Diversantların yaxınları Yerevana gedən əsas yolu bağladı

Azərbaycan tərəfindən saxlanılan erməni diversantların yaxınları aksiya keçirib.
 
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, onlar Yerevan-Gümrü yolunu bağlayıblar.

Etirazçılar hökumətdən yaxınlarının qaytarılmasını tələb ediblər.

Xatırladaq ki, dekabr ayında əsir götürülən diversantlar Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücumlar etmişdi. 62 nəfərlik qrupun bir hissəsi rəsmi Bakı tərəfindən azad olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->