Dünya 14:15 01.11.2017

Dmitri Peskov: "Xarici agentlər rusiyalıların DNK-sını oğurlayır"

Rusiya prezident sözçüsü Dmitri Peskov xarici agentlərin rusiyalıların DNK-sını topladığını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Peskov xarici agentlərin fərqli etnik kökə sahib Rusiya vətəndaşlarının araşdırma məqsədilə DNK-larının toplandığını və bunun ABŞ hərbi strategiyasına uyğun edildiyini bildirib. 

Açıqlamada agentlərin qeyri-hökümət təşkilatları üçün çalışdığı qeyd edilib. 

Rus deputat Qennadi Onişçenko xarici laboratoriyalarda aparılan bu araşdırmaların məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

Rusiyalı alimlər isə bu informasiyaların gələcəkdə bioloji müharibə məqsədilə istifadəsini istisna etmir.

Gülşən
Qaynarinfo.Az