Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi
Ekonomiks 14:44 19.02.2025

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib

Xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi  davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 5.0-7.0 m.çatacağı proqnozlaşdırılır. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->