ABŞ Dollar İndeksi ABŞ dollarının (USD) əcnəbi valyutalar səbətinə olan nisbətidir və burada ABŞ dollarının (USD) Avro (EUR), Yaponiya yeni (JPY), Funt sterlinq (GBP), Kanada Dolları (CAD), İsveç kronu (SEK) və nəhayət İsveçrə frank (CHF) olan ortaq həndəsi nisbətidir .
USDX=50,14348112*USDEUR0,576*USDJPY0,136*USDGBP0,119*USDCAD0,091*USDSEK0,042* USDCHF0,036
Qaynarinfo fins.az-a istinadən xəbər verir ki, dollar indeksi 1973-cü ilin mart ayından bəri hesablanır. USDX indeksinin baza qiyməti kimi 100,00 səviyyəsi qəbul olunub. Nümunə üçün əgər indeks 107,50 göstərərsə, bu o deməkdir ki, dolların dəyəri baza qiyməti ilə müqayisədə 7,5% bahalaşıb.
1973-cü ilin mart ayı baza dövrü qismində seçilib, belə ki, həmin dövrdən başlayaraq nəhəng ticarət ölkələri üzən valyuta kursları tətbiq etməyə başlayıb. Bu razılaşma Vaşinqtonun Smitson institutunun konfransında əldə olunub. Smitston razılaşması bundan 25 il öncə Bretton-Vudsda təsis edilmiş uğursuz sabit valyuta məzənnələr siyasətini əvəzlədi.
1973-cü ildən bəri indeksin ticarətdə əldə etdiyi maksimum rəqəmlər 160,00 həddində olduğu halda, ən aşağı göstərici 2008-cii ildə müşahidə olunub -71,99. Indeks həftənin 7 günü, günün 24 saatı təzələnir.
Dow Jones indeksinin ABŞ-ın səhm bazarı üçün əsas indikator rol oynadığı kimi, USDX indeksi də ABŞ beynəlxalq dəyəri haqqında təsəvvür yaratmaq imkanı verir.
Şərhlər