Dünya bazarında dolların məzənnəsi ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında aparılan danışıqlar fonunda enməyə başlayıb. Ukraynadakı müharibənin dayandırılması perspektivi avronun mövqeyini gücləndirib.
Qaynarinfo Bloomberg-ə istinadla xəbər verir ki, Skandinaviya və Avropa valyutaları dollara qarşı bahalaşma tendensiyasına rəhbərlik
edir.
Qeyd edilir ki, avro 0,5% artaraq 1,0435 dollar səviyyəsinə yüksəlib, Macarıstan forinti 0,8% möhkəmlənərək noyabrın sonundan bəri maksimum həddə çatıb, Polşa zlotısı isə 0,6% bahalaşıb.
"Rusiya və Ukrayna arasında mümkün atəşkəsə ümidlər Tramp və Putin arasındakı söhbətdən sonra müsbət əhval-ruhiyyəni gücləndirir", – deyə Sidneydə yerləşən National Australia Bank Ltd.-nin baş valyuta strateqi Rodriqo Katril bildirib.
Onun sözlərinə görə, Moskva və Kiyev arasında atəşkəs avronun kəskin bahalaşması üçün potensial yaradır.
Bundan əlavə, investorların artan optimizmi nəticəsində Asiya valyutalarının genişlənən möhkəmlənməsi fonunda ofşor yuanın dollar qarşısında məzənnəsi 0,4% yüksəlib.
"Dolların hərəkəti avronun alışları ilə təkan aldı, daha sonra isə dollar üzrə digər mövqelərdə stop əmrləri işə düşdü", – deyə RBC Capital Markets-in
Sinqapurdakı Asiya üzrə valyuta strategiyası departamentinin rəhbəri Elvin Tan bildirib.
"Bu tendensiyada risk elementi də mövcuddur", – deyə o əlavə edib.
Alpər
Şərhlər