Xəbər lenti

Donald Trampa 20 il həbs cəzası verilə bilər
Dünya 12:22 04.12.2019

Donald Trampa 20 il həbs cəzası verilə bilər

ABŞ Kəşfiyyat Komissiyası prezident Donald Trampın işdən çıxarılması ittihamı ilə bağlı hesabat yayıb. 
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hesabatda Trampın öz vəzifəsindən sui-istifadə edərək rəqibi Coy Bayden haqqında istintaq başladılması üçün məlumat toplamaq məqsədilə Ukranya prezidenti Zelinskiyə təzyiq etdiyi və onun 20-ilə qədər həbsinin istisna olmadığı qeyd edilib.
 
Prezident Trampın ifadə verəcək şəxsləri gözdağı verərək qorxutduğu, bunun federal bir günah olduğu və ABŞ tarixində heç bir prezidentin işlə məşğul olan şəxslərə ifadə verməməsi üçün təzyiq göstərmədiyi də hesabatda yer alıb.
 
Xatırladaq ki, sentyabr ayında ABŞ və Ukrayna prezidentlərinin 25 iyulda etdikləri telefon danışıqları zamanı Trampın Zelinskiyə rəqibi Joy Bayden və ailəsi haqqında məlumat toplaması müqabilində Ukraynaya yardım edəcəyi deyildi haqqında mətbuata məlumat sızıdırılıb. Bundan sonra isə  ona ABŞ-ın xarici siyasətinə zərər verdiyi, onu nüfuzdan saldığı və prezidentlik andına xəyanət ediyi iddiası ilə istintaq qaldırıldığı haqqında Nümayəndələr Palatasında demokratların lideri Nancy Pelosi açıqlama verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->