Xəbər lenti

DSX Keşikçidağdakı vəziyyətlə bağlı məlumat yaydı
Ölkə 19:45 04.06.2020

DSX Keşikçidağdakı vəziyyətlə bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, "Keşikçi-dağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində "Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->