Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.
Qaynarinfo DTX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, abidənin önünə gül dəstələri düzülmüş, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Şərhlər