Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov oğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb.
O, unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir: "3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır.
Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən, hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”.
Qaynarinfo.Az
Şərhlər