Xəbər lenti

Dünən Bakı və Sumqayıtda nə baş verib: zəlzələ, yoxsa...?
Ölkə 10:18 26.10.2017

Dünən Bakı və Sumqayıtda nə baş verib: zəlzələ, yoxsa...?

Dünən saat 16:30 və 17:20 saatlarında Bakıda, eyni zamanda Xırdalan və Sumqayıt şəhərləri ərazisində zəlzələyə bənzər titrəyiş və uğultu səsləri eşidilməsi ilə bağlı müxtəlif xəbərlər yayılıb.
 
"Qaynarinfo” bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı ilə əlaqə saxlayıb. Qurum sözcüsü bildirib ki, oktyabrın 25-də paytaxtda hiss olunmayacaq dərəcədə zəif təkanlar belə qeydə alınmayıb: 

"Dünən baş verən titrəyişin zəlzələyə heç bir aidiyyat yoxdur. Yəni, stansiyalar sözügedən ərazi ilə bağlı heç bir təkan qeydə almayıb. Son 24 saat ərzində hiss olunmayan zəlzələlər baş verib. Ancaq dünən o saatlarda kiçik təkanlar belə olmayıb. Bizim stansiyalarımız da Elmlər Akademiyası ərazisində yerləşir. Biz özümüz də bu ərazidə heç bir titrəyiş hiss etməmişik. Buna görə də nə olduğunu bilmədiyimiz bir hadisə haqqında fikir bildirə bilmərik”. 
 
Nərmin Həsənli
Qaynarinfo.Az


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->