Xəbər lenti

Dünən toyu olan 17 yaşlı gəlin öldü (FOTO/YENİLƏNİB)
Foto 12:21 29.10.2025

Dünən toyu olan 17 yaşlı gəlin öldü (FOTO/YENİLƏNİB)

Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanova həyatını itirib. Yeniyetmə qızın toy mərasimindən sonra səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, 17 yaşlı qız uzun müddət öncə ailə qurub, lakin toy ötən gün baş tutub.

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, toy mərasimində iştirak edən hər iki gənc Dolu kənd sakini olub: "Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamiləymiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər. Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
 
 11:09
 
Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.

Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.-nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->