İngilis mediası Nigeriyada yaşayan beş yaşlı Ceyr adlı qızdan yazıb.
Qaynarinfo axşam.az-an istinadla xəbər verir ki, onlar Ceyri "Dünyanın ən gözəl qızı” adına layiq görüblər. Qızın şəklini ilk dəfə fotoqraf Mofe Bamaiva öz səhifəsində paylaşıb. O, şəklə "Bəli, o, insandır. Eyni zamanda da mələkdir” sözlərini yazıb.
Fotoqraf bildirib ki, Ceyr obyektiv qarşısında özünü əsl model kimi aparıb, çəkinməyib və utanmayıb. Bamaiva qızın iki bacısı olduğunu əlavə edib:
"Anası qızları üçün İnstaqram səhifəsi açıb. O, övladlarının şəkillərini yayımlayır ki, onları hamı tanısın. Dünyanın müxtəlif yerindən qızlara şərhlər yazılır. Hamı Ceyrin gözəlliyinə heyrandır”.
Şərhlər