Məşhur argentinalı model Nataşa Ceit yatağında ölü olaraq tapılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bir pedofil cinayətkar qruplaşmasını çökdürmək üçün polislə əməkdaşlıq edən 41 yaşlı modelin bir müddət əvvəl hədə-qorxu mesajları aldığı və hər an öldürülə biləcəyini dediyi məlum olub.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Son dövrlərdə uşaq alveri və pedofiliyaya qarşı mübarizə başladan, bir çox cinayətkar şəbəkəni və qruplaşmanı ifşa edilməyə çalışan Ceitin meyiti Buenos Ayresdə bir evdə tapılıb.
Tibbi ekspertiza rəyinə görə, onun üzərindən narkotik maddə tapılıb və yüksək dozda qəbul etdiyi üçün orqanlarının sıradan çıxması səbəbindən ölüb. Lakin modelin qardaşı Raul bacısının uzun müddətdir ki, narkotik maddələrdən istifadə etmədiyini söyləyib: "Həkimi Nataşanın dərmanları ilə birlikdə narkotik maddə qəbul etməsinin ölümcül ola biləcəyini söyləişdi. O vaxtdan bəri narkotik maddələrdən istifadə etmir".
Ceit ölümündən bir müddət əvvəl isə yaxın dostlarına pedofil qruplaşmasını çökdürmək üçün polislə təmasda olduğunu deyib: "Bir çox siyasətçinin də aralarında olduğu şəbəkəni ifşa edirəm. Son dövrlərdə ölümlə hədələnirəm, öldürülə bilərəm. Təhlükəsizliyim üçün narahatam".
41 yaşlı modelin ötən il sosial şəbəkə hesabında ölümü ilə bağlı xəbərdarlıq yayımlamışdı:
"Xəbərdarlıq: Mən intihar etməyəcəyəm, narkotik maddə qəbul edərək, özümü hamam vannasında boğmayacağam və ya özümü güllələməyəcəyəm. Əgər bu baş versə, bilin ki, mən intihar etməmişəm. Bu tviti saxlayın".
Şərhlər