Xəbər lenti

Dünya ona lənət oxusa da, qorililər öz həmyerlilərini sevir (FOTOLAR)
Dünya 09:00 14.02.2018

Dünya ona lənət oxusa da, qorililər öz həmyerlilərini sevir (FOTOLAR)

Gürcüstanın Qorisi, Stalinin doğulub boya başa çatdığı keçmiş sovet şəhəri...

İosif Vissarionoviç Cuqaşvili necə bir uşaqlıq yaşamışdı ki, sonradan on minlərlə insanın ölüm fərmanını imzalayan qaniçən Stalinə çevrilmişdi?

İkinci Dünya müharibəsi illəri... Qan su yerinə axırdı. Yakov Cuqaşvili adlı bir Qızıl Ordu leytenantı 1941-ci ilin yayında Smolensk yaxınlığında gedən döyüşlərdə alman ordusuna əsir düşür. Əvvəlcədən adi bir əsir olduğu düşünülür. Amma çox keçmədən faşistlər tutduqları əsirin qızıl dəyərində olduğunu anlayırlar. Bəli, bu Yakov idi. SSRİ kimi böyük bir imperiyanın rəhbəri Stalinin heç bir ayrıseçkilik görmədən cəbhəyə yollanan oğlu...

Almanlar Stalinə girovları dəyişmək üçün təklif göndərirlər. Onlar, "Oğlunu al, bizim generalımızı qaytar" deyirlər. Lakin Stalin cavabında "bir leytenant bir generalla deyil, ancaq bir leytenantla dəyişdirilər" deyir. Bundan sonra almanlar Yakovu əsir düşərgəsinə aparır, daha sonra isə orada öldürürlər.

Baş vermiş, bəlkə də bir qədər əfsanələşmiş bu hadisə illərdir ki, müzakirə edilir.

Bu davranışına görə Stalin qəddar, rəhmsiz, hətta alçaq bir atadırmı, yoxsa "mənim bir oğlum yoxdur, bütün əsgərlər mənim övladımdır", deyən ədalətli bir lidermi?

Bu gün tarixə çevrilən Sovet İttifaqının atası Lenindirsə, onu dünyanın ən güclü imperiyasına çevirən isə heç şübhəsiz Stalindir.

Stalinçilərin fikrincə, o, bir qəhrəman idi, lakin çoxluq onu qəddar diktator, minlərlə insanın ölüm fərmanına qol çəkən qatil, yüz minlərlə insanı sürgünə göndərən vəhşi kimi tanıyır.

Bəs onu milyonların gözündə qəddar göstərən bu insanlığın, siyasi düşüncənin və idarəetmə tərzinin kökündə nə dayanıb? Bunu öyrənmək üçün klassik psixologiyanın metodları ilə onun uşaqlığına səyahət etmək lazımdır? Necə böyüdüyü, hakimiyyətə gəlmək üçün hansı yollardan keçdiyi, hansı əziyyətləri yaşaması Stalinin şəxsiyyətini aça bilərmi? Yaxud daim özünə yaxın tutduğu qızı Svetlananı dünyalar qədər sevməsinə baxmayaraq, ilk həyat yoldaşından olan oğlu Yakovu həmişə özündən uzaqlaşdırması və faşistlərin təklifini qəbul etməyib, öldürülməsinə razı olması necə? Əgər Stalin Yakovu qızı Svetlananı sevdiyi qədər sevsəydi, yenə də almanların təklifini rədd edərdimi?

Rəsmi versiyalara görə, Stalin 21 dekabr 1879-cu ildə və ya metrit kitabındakı qeydə əsasən 6 dekabr 1878-ci ildə Gürcüstanın Qori şəhərində anadan olub. Ailədə üçüncü uşaq olan Stalindən öncə doğulanlar körpə vaxtı ölüblər. Onun doğma dili gürcü dili olub, rus dilini isə sonra öyrənib. Bu, sonradan onun danışığına da təsir edib. Belə ki, çıxışlarında gürcü ləhcəsi hər zaman hiss olunub.

Kasıb çəkməçinin və qala kəndli qızının ailəsində böyüyən İosif 11 yaşında atası itirir. 1888-ci ildə o, Qoridə möhkəm nizam-intizam höküm sürən kilsəyə göndərilir, 1894-cü ildə isə Tiflisdə seminariyaya daxil olur. Lakin buranı qurtarmadan onu seminariyadan qovurlar (rəsmi versiyaya görə, Marksizmin təşviqatına görə). Daima lider olmağa çalışan İosif yaxşı oxuyaraq anasının istəyi əsasında öz karyerasını kilsədə qurmaq istəyir. Lakin qovulandan sonra onun bu istəyi də yarıda qalır.

Qori Tiflisin 80 kilometrliyində yerləşir. Gürcü dilində təpə mənasını daşıyan şəhər sovet dövründə önəmli sənaye şəhərlərindən biri olub. Lakin hazırda o sənaye şəhərindən əsər-əlamət belə qalmayıb. Turistlər buraya əsasən Stalinin yaşadığı evi və muzeyini görmək üçün gəlirlər. Yəni, şəhərdə turistlər üçün elə də böyük seçimlər yoxdur.

Sovet İmperiyasının tərkibindən çıxan bütün respublikaların, o cümlədən Gürcüstandakı kütlənin böyük əksəriyyətinin əksinə, Qori sakinləri Stalinə rəğbət bəsləyirlər. Hətta SSRİ dağıldığı ərəfədə şəhər meydanındakı Stalin heykəlinin dağıldılmasına da qarşı çıxıblar. Hazırda həmin heykəl Stalin muzeyinin önündədir. Muzeydə Stalinin dövründən qalma əşyalar, hərbi geyimlər, xüsusi silahlar, o dövrə aid fotolar sərgilənir. Muzeyin ən maraqlı, belə desək əşyası isə Stalinin doğulduğu evdir. Həmin ev muzeyin arxa hissəsində yerləşir. Hətta muzeydə Stalinin uşaq vaxtı yatdığı yataq da var.

Deməli böyük bir imperatorluğu idarə etmiş, əlini milyonların qanına bulamış (çoxları Stalini cani adlandırır) böyük diktator kiçik, balaca bir şəhərdən çıxıb.

Dünya ona nifrət eləsə də, qorililər isə hələ də onu sevir...

Mənbə: Hürriyət

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->