"Rammstein” qrupunun solisti, məşhur rok ifaçısı Till Lindemann Bakıya gəlib.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, dünya ulduzunun Bakıda çəkilmiş fotoları artıq sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Lindemann dekabrın 15-də Bakı Kitab Mərkəzində pərəstişkarları ilə görüşəcək, orada avtoqraf sessiya keçiriləcək.
Xatırladaq ki, rok ifaçısı sonuncu dəfə ötən il Bakıya gələrək "Jara” musiqi festivalında iştirak edib.
Şərhlər