Koronavirus pandemiyası səbəbindən dünya miqyasında milyonlarla insan evlərinə həbs olunmuş vəziyyətdədir. Lakin neçə həftədir davam edən karantin rejimini bəzilərini sıxsa da, bəziləri bu vəziyyəti əyləncəli hala gətirməyə çalışır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, dünya ölkələrinin əksəriyyətində sadəcə zibil atmağa və bəzi önəmli işlər üçün insanlara evlərindən çıxmağa icazə verildiyindən yeni trend meydana gəlib. Belə ki, müxtəlif ölkələrdən insanlar zibil qutularının yanında maraqlı fotolar çəkdirərək, #BinIsolationOuting həştəqi ilə sosial şəbəkələrdə paylaşırlar.
Trend ilk olaraq Avstraliyada yaranıb, daha sonra dünyanın digər ölkələrinə də yayılıb.
Onlardan bəzilərini sizə təqdim edirik:
Şərhlər