Sənət 15:49 28.11.2021

Dünyaca məşhur azərbaycanlı musiqiçinin qızı Moskvada xəstəxanaya yerləşdirildi

Bakıda anadan olmuş dünyaca məşhur musiqiçi və ictimai xadim, SSRİ Xalq artisti Mstislav Rostropoviç və opera müğənnisi Qalina Vişnevskayanın qızı Olqa Rostropoviç Moskvada xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, yüksək təzyiqdən əziyyət çəkən qadın evdə huşunu itirərək yıxılıb. O, əl barmaqlarını zədələyib.

Xəstəxanaya çatdırılan Olqa Rostropoviç Kardiologiya şöbəsinə yerləşdirilib.