Xəbər lenti

Dünyada 100 nəfər yaşasa, nə baş verər?
Dünya 12:24 20.12.2017

Dünyada 100 nəfər yaşasa, nə baş verər?

Dünya əhalisi 7 milyarda yaxındır. İnsanlar fərqli millətlərdən, ölkələrdəndir və fərqli dillərdə danışıb, fərqli dinlərə inanırlar.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, əgər dünya sadəcə 100 nəfərdən ibarət olsaydı, planetimizdəki mənzərə daha fərqli olar, statistikaları daha asan aparmaq mümkün olardı. 

Dünyada 100 nəfər yaşadığını fərz etsək, Avropada 10 nəfər, Çində 19, Hindistanda 18, ABŞ-da isə cəmi 4 nəfər yaşayardı. Din məsələsində isə liderlik Xristianlığa aid olar, 31 nəfər bu dinə, 23 nəfər İslam dininə inanar, 15 nəfər Hindu olar, 15 nəfər isə ateist olmağı seçərdi.

Hazırda ən çox danışılan dil çin dilidir və məntiqi nəticə etibarilə 100 nəfərlik dünyada 14 nəfər çin dilində danışacaq. İngilis dili isə 13 nəfərlə siyahıda 2-ci pillədə qərarlaşacaq.

Əgər dünyada 100 nəfər insan yaşasaydı, onlardan 1-i aclıqdan ölər, 8-i təmiz suya həsrət qalar, 85 nəfər özünə nəqliyyat vasitəsi almağa pul tapmaz, 12 nəfər gün ərzində 2 dollardan az pul qazanardı. 1 nəfərin isə digər 99 nəfərdən daha çox pul qazanacağı dəqiqdir.

Belə bir dünyada 100 nəfərdən 2-sinin adı Məhəmməd olar, 1 nəfər isə miqrant həyatı yaşayardı.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->