Dünya 12:45 19.12.2017

Dünya əhalisinin 250 milyonu miqrantdır

Hər il 18 dekabr Dünya Miqrantlar Günü kimi qeyd edilir. 2000-ci ildə BMT tərəfindən elan edilən bu günün mövcudluğuna baxmayaraq miqrantların sayı ilbəil artır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hazırda 250 milyon insan miqrant həyatı yaşayır. BMT İqtisadi və Sosial İşlər İdarəsinin təxminlərinə görə, miqrantların 48%-i qadındır və təxminən 50%-ini asiyalılar, Hindistan, Çin və digər Cənubi Asiya ölkələrinin vətəndaşları təşkil edir. Meksika isə sırada 2-ci yerdədir. Ən çox miqrant qəbul edən ölkələr ABŞ, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadır. 

Miqrasiya prosesi zamanı ölən və itkin düşən insanların sayı 2016-cı ildə 26% artaraq 7927 nəfərə çatıb. Qeydiyyata alınmış miqrant uşaqların sayı 22,5 milyon nəfərdir. 2016-cı ildə 5,5 milyon insan Suriyanı tərk edib. Ən çox miqrant qəbul edən ölkə isə 2,8 milyon nəfərlə Türkiyədir.

Gülşən