Xəbər lenti

Ekonomiks 23:30 17.04.2024

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarıldı (FOTO)

"Bugatti Veyron Pur Sang” avtomobili "Piston Heads” saytında satışa çıxarılıb.

Bu, "Veyron”un 2007-ci ildə cəmi beş nüsxə ilə buraxılmış xüsusi versiyasıdır. Avtomobilin qiyməti barədə məlumat verilməyib.

"Veyron Pur Sang”ın baza modeldən başlıca fərqi korpusda boya olmamasıdır. Fransız dilindən "təmiz” kimi tərcümə olunan "Pur Sang”ın kuzovu alüminium və karbon lifindən ibarətdir.

Bundan əlavə, avtomobilin çəkisi baza versiyası ilə müqayisədə 100 kiloqram azdır.

Xatırladaq ki, orijinal "Bugatti Veyron” 2005-ci ildə satışa çıxıb. 1939-cu ildə 24 saat Le Man yarışında qalib gələn Pyer Veyronun adını daşıyan avtomobil 1 000 at gücündən çox güc istehsal edən səkkiz litrlik "W-16” mühərriki ilə təchiz edilib.
 
Mənbə: championat.com

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->