Xəbər lenti

Sumqayıtda itkin düşən məktəbli tapıldı (YENİLƏNİB)
Ölkə 22:19 29.04.2024

Sumqayıtda itkin düşən məktəbli tapıldı (YENİLƏNİB)

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini 9 yaşlı Yasin Hüseynli tapılıb.


Bu barədə  azyaşlının ailəsi məlumat verib.


Qeyd olunub ki, məktəblini xalası oğlu Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.


Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.


19:43


Sumqayıtda azyaşlı itkin düşüb.


Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində baş verib.


Doqquz yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.


Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959-90-88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->