Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreisus bu gün dünyada koronavirus infeksiyasına qarşı 141 vaksin üzərində iş getdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, onun "Washington Post"dakı məqaləsində deyilir ki, dərman hazırlayanlar arasında liderlik edənləri uğurlu nəticədən bir neçə ay ayırır.
"Əlbəttə ki, tam qorunmaya zəmanət yoxdur, amma buna ümid edirik", - Gebreisus deyib.
Onun sözlərinə görə, dünya səhiyyə sektoru gələcək təhdidlərə qarşı son dərəcə müdafiəsiz olmağa davam edir.
Alpər
Şərhlər