Xəbər lenti

Dünyada getdikcə daha çox otel
Dünya 23:30 06.08.2025

Dünyada getdikcə daha çox otel "uşaqsız" rejimə keçir: Ekspert səbəbləri izah edir

Son illər getdikcə daha çox otel uşaqlı ailələrin qalmasını qadağan edir və bunun bir neçə əsas səbəbi var. 

Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, bu tendensiyanın arxasında xüsusilə sakit, səs-küysüz və rahat istirahət axtaran insanların artan tələbatı dayanır.

Statistik məlumatlara əsasən, uşaqların qalmasına icazə verilməyən otelləri seçən böyüklərin sayı 81% artıb. Bu tələbi nəzərə alan otellərin sayı da 40% artım göstərib.

İngiltərənin "On The Beach” turizm platformasının məlumatına görə, iyul ayı, uşaqların hələ dərsə davam etdiyi dövr olduğu üçün, uşaqsız otellərə səyahət edən cütlüklər üçün ən populyar dövrdür. Sentyabr və mövsümlərarası dövrlər də uşaq səs-küyündən uzaq qalmaq istəyənlər üçün daha əlverişli zaman sayılır.

"On The Beach" şirkətinin müştəri xidməti üzrə baş direktoru Zoi Harris bu tendensiyanı belə izah edir: "Cütlüklər sakitliyə 'bəli', cırıldayan şar və hovuz kənarında qaçan uşaqlara isə "yox" deyirlər. Onlar istirahət zamanı şampan qədəhlərinin cingiltisini eşitmək istəyirlər, uşaq qışqırıqlarını deyil və bu istəyə görə onları kim qınaya bilər?"

Zoi Harris əlavə edir ki, uşaqsız cütlüklər anlayırlar ki, "child-free” siyasəti tətbiq edən oteli seçmək onların ən sakit və rahat istirahət təcrübəsi yaşamasına imkan verir: "Hovuz kənarında kokteyl içərkən üstünə su sıçramaması və axşam əyləncəsinin ətrafda qaçışan uşaqlar olmadan baş tutması - bu, əsl bayram xoşbəxtliyidir".

Artan marağa cavab olaraq "On The Beach" saytı uşaqların olmadığı istirahətə həsr edilmiş ayrıca bir bölmə yaradıb.

Qeyd edilir ki, bu tendensiya yalnız otellərlə məhdudlaşmır. Bəzi aviaşirkətlər də artıq uşaqsız zonalar təklif etməyə başlayıb - bu da səs-küydən, uşaq qışqırıqlarından və oturacaqlara təpiklərdən uzaq sakit uçuş istəyən sərnişinlər üçün nəzərdə tutulub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->