Dünya 14:10 29.02.2020

Dünyada koronavirusdan neçə insan ölüb?

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 28-dək koronavirusa yoluxanlarını sayını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, indiyədək 2858 nəfər bu xəstəlikdən vəfat edib. Onlardan 1791-i Çində, 67-si digər ölkələrdə dünyasını dəyişib.

Ümumilikdə dünya üzrə 83652 nəfər koronavirusa yoluxub. Bunun 78961 nəfəri Çinin, 4691 nəfəri digər ölkələrin payına düşür. 

Dünyanın 51 ölkəsində yoluxma halı qeydə alınıb. Son 24 saat ərzində Belarus, Litva, Niderland, Yeni Zelandiya və Nigeriyada koronavirus aşkarlanıb.

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsinin Çində çox yüksək, regional səviyyədə çox yüksək, qlobal səviyyədə çox yüksək hesab edir.