Xəbər lenti

Dünyada taksilərin ən baha və ən ucuz olduğu şəhərlər (SİYAHI)
Dünya 10:26 06.08.2025

Dünyada taksilərin ən baha və ən ucuz olduğu şəhərlər (SİYAHI)

Dünyanın müxtəlif şəhərlərində taksi tariflərinin müqayisəsini aparan "ChoiceQuote” sığorta şirkətinin tədqiqatına əsasən, ən bahalı taksi xidmətləri Fransanın paytaxtı Parisdə qeydə alınıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” nəşri məlumat yayıb.

Tədqiqat göstərib ki, Parisdə orta hesabla 8 kilometrlik (5 mil) taksi səfərinin qiyməti 29,12 funt-sterlinq təşkil edir. Bu məbləğə 7,5% miqdarında "çay pulu" da daxildir.

Siyahının ikinci pilləsində Böyük Britaniyanın paytaxtı London qərarlaşıb - burada oxşar məsafəyə taksi ilə səyahət 27,96 funt-sterlinqə, üçüncü yerdə isə İtaliyanın ikinci ən böyük şəhəri Milan yerləşib – burada taksi qiyməti 24,57 funt-sterlinq təşkil edir.

Yaponiyanın üçüncü ən böyük şəhəri Osaka 24,06 funt-sterlinq ilə dördüncü sırada qərarlaşıb. Beşinci yeri isə Niderlandın paytaxtı Amsterdam tutur – burada 8 kilometrlik taksi səfəri təxminən 24 funt-sterlinqə başa gəlir.

Ən ucuz taksi xidmətləri olan şəhərlər sırasında isə Hindistanın ikinci ən böyük şəhəri Dehli ilk sırada qərarlaşıb. Burada eyni məsafəyə taksi səfəri 12,5% "çay pulu" daxil olmaqla 2,06 funt-sterlinqə başa gəlir.

İkinci yerdə isə Misirin paytaxtı Qahirə qərarlaşıb – burada 10% bəxşiş da daxil olmaqla, 2,31 funt sterlinq tələb olunur. İndoneziyanın Bali adasındakı ən böyük şəhər olan və "çay pulu" nəzərdə tutulmayan Denpasarda isə bu qiymət 2,41 funt-sterlinq təşkil edir.

Hindistanın digər şəhəri Aqra 3,74 funt-sterlinq ilə dördüncü, Çinin ən sıx məskunlaşan şəhəri Şanxay isə 4,14 funt-sterlinq ilə beşinci yerdədir.

Tədqiqat zamanı həmçinin məlum olub ki, araşdırılan yerlərin 86%-də "çay pulu" verilməsi vacib hesab olunur. Ən yüksək "çay pulu" gözləntisi ABŞ-dadır - burada sürücülər 17,5% əlavə məbləğ ümid edirlər.

Cənubi Afrikada bu göstərici 15% təşkil edir. Hindistan, Yunanıstan və Meksikada isə bu rəqəm 12,5%-dir. Misir, Xorvatiya və Böyük Britaniyada 10%, Vyetnam, Türkiyə, Çexiya, İtaliya, Almaniya və Fransada isə 7,5% "çay pulu" gözlənilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->