"Hazırda dünyada elm və texnika inkişaf etsə də, ürək xəstələrinin sayı artır. Ürək xəstəliklərinin ən önəmli risk amili yaşdır. Belə ki, yaş artdıqca ürək-damar xəstəliklərinə məruzqalma riski də artır. Digər tərəfdən oturaq həyat tərzinə meyillilik, normadan çox qida qəbulu, piylənmə, stress, siqaret çəkmək, havanın çirklənməsi ürək xəstəliklərinin əmələ gəlməsi riskini artırır. Dünyada ürək xəstəliyi gəncləşib”.
Modern.az xəbər verir ki, bunu "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində iştirak edən ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, əgər 30-40 il əvvəl infarktla əlaqədar xəstəxanaya müraciət edən hər 3 nəfərdən biri vəfat edirdisə, indi 30 nəfərdən biri dünyasını dəyişir. Ürək xəstələrinin bir çoxu uzun müddət yaşayır.
ABŞ-ın Klivlend Klinikasının kardiocərrahı Bryus Litl Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan məlumatlı olduğunu bildirib. O, gələn ilin əvvəlindən etibarən ölkəmizdə icbari tibbi sığortanın tətbiqini yüksək qiymətləndirib.
Şərhlər