117 yaş və 260 günlük Kane Tanake adlı bir yapon qadını planetin ən yaşlı sakini kimi qəbul edilib.
Qaynarinfo xəbər verir ki, NHK telekanalının verdiyi məlumata görə, qadın başqa bir Yaponiya sakininə aid olan dünya rekordunu qırıb. Öncəki rekordçu Nabi Tacima təxminən iki il əvvəl vəfat edib.
Tanakenin uğuru Ginnesin Rekordlar Kitabına düşüb və yapon qadın bu nöqtədə dayanmayacağına, 120 yaşına qədər yaşayacağına söz verib.
Kane ömrü boyu şokolad və qazlı içkilərə üstünlük verərək qəti bir pəhriz gözləmədiyini bildirib.
Qeyd edək ki, Yaponiyada 80 min 450 nəfər 100 və daha artıq yaşı olan adam var. Uzunömürlülərin ümumi sayının 88%-i qadınlardır (70 min 975).
Alpər
Şərhlər