Dünya 15:33 05.08.2018

Dünyadakı lemurların 95%-i məhv ola bilər

Dünyada mövcud olan 111 növ lemurun 95%-i məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, alimlər bu barədə xəbərdarlıq ediblər. İri, yumru gözlərə sahib bu canlının məhv olma təhlükəsi ilə üzləşməsinə səbəb Madaqaskarda yerləşən meşələrin qırılması, təbiətə ciddi zərər verilməsi, həmçinin lemurların insanlar tərəfindən qida məqsədilə kütləvi şəkildə ovlanmasıdır. Bu canlılar həm də ev heyvanı kimi saxlanılır və bu, lemurların çoxalması prosesinə mənfi təsir göstərir. 

Qeyd edək ki, Madaqaskarda lemurlardan qida kimi istifadə tendensiyası son 15 ildə yaranıb. Təbiətin Mühafizəsi Üzrə Beynəlxalq Təşkilat Qırmızı Kitaba salınmış lemurların xilası üçün artıq plan hazırlayıb.

Gülşən