Dünya 15:42 04.12.2020

Düşündürən sual: Nədən COVİD-in "vətənində" pandemiya bitib, dünyada yox?

Çin əvvəlcədən koronavirusla mübarizədə sərt tədbirlər gördü.
 
Qaynarinfo xəbər verir ki, bu sözləri Seçenov Universitetinin Yüksək Sağlamlıq İdarəetmə Məktəbinin professoru Artem Gil COVİD-in "vətənində" pandemiyanın bitib, dünyanın hər yerində davam etməsinə aydınlıq gətirərkən kp.ru saytına deyib. Gil bildirib ki, Çin pandemiyanı aradan qaldırmağı bacarıb. Lakin o, ümumiyyətlə, Çin hakimiyyətinin məlumatları qismən saxtalaşdırdığını da istisna etməyib.

Ancaq söhbət tamamilə saxtalaşdırmadan gedirsə, indi Çin şəhərlərində tam kilidləmə tətbiq olunduğunu görərdik. Ancaq bu belə deyil və xəstələnmə cüzi səviyyədədir - gündə 10-15 nəfər. Çin geniş miqyaslı bir test sistemi qurmağı bacarıb - yalnız Qinqdaoda bir neçə gündə 11 milyon insan test edilib. ABŞ və ya Avropada belə bir şey təsəvvür etmək mümkün deyil.

İndi Çində, demək olar ki, bütün koronavirus hadisələri kənardan gələnlərdə qeydə alınır. "Orada hətta belə bir şey olmuşdu: Çin hökuməti göyərtəsində koronavirus testlərindən keçməyən sərnişinlər olduğuna görə, təyyarələri havadaca geri qaytarmışdı", - Gil deyib və əlavə edib ki, Pekin siyasi quruluş və əhalinin nizam-intizam xüsusiyyətləri sayəsində pandemiya ilə təsirli şəkildə mübarizə aparmağı bacarıb.

Çin avtoritar bir dövlət olaraq koronavirusla demokratik dövlətlərlə müqayisədə daha təsirli mübarizə aparır. Hazırda ölkədə 11 peyvənd hazırlanır, onlardan beşi klinik sınaq mərhələsindədir. Bundan sonra peyvəndləşdirmə başlayacaq və hakimiyyətin çinliləri peyvənd edərək kütləvi toxunulmazlıq formalaşdıracağını iddia etmək üçün bütün əsaslar var.

Alpər