Dünya 22:36 09.12.2013

Dünyanın axtardığı şəxs ilin adamı seçildi


ABŞ milli təhlükəsizlik agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Britaniyanın “The Guardian” qəzeti tərəfindən ilin adamı elan edilib.
Ans press-in məlumatına görə, hazırda Rusiyaya sığınmış amerikalının ABŞ xidmət orqanlarını ifşa edən materialları məhz bu qəzetdə dərc edilmişdi. Onun materiallarında telefonların dinlənilməsindən və internetin izlənilməsindən söhbət gedir.

Snouden öz rəqiblərini kəskin fərqlə qabaqlayaraq birinci yeri tutub, 1445 oxucu ona səs verib.

Qaynar.info