Dünya 10:14 03.06.2018

Dünyanın ən bahalı avtomobili satıldı: 70 milyon dollara

1963-cü ildə istehsal edilmiş "Ferrari" 70 milyon dollara satılıb.

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, o dövrdə cəmi 36 ədəd istehsal edilmiş "Ferrari GTO" tarixdə ən yüksək qiymətə satılmış maşın statusunu qazanıb. Maşın "WeatherTech" şirkətinin sahibi olan alman kolleksiyaçı Deyvid Makneyl tərəfindən alınıb. 

Daha əvvəl eyni markalı avtomobil 2013-cü ildə 52 milyon dollara satılmış və ən bahalı maşın statusunu qazanmışdı.

Gülşən