Xəbər lenti

Ölkə 23:44 25.01.2014

Dünyanın ən böyük yaxtasının sahibi iflic keçirdi

Əbu Dabi əmiri Şeyx Xəlifə Bin Zayed Əl Nahyana təcili cərrahi müdaxilə edilib

Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ) başçısı və Əbu Dabi əmiri Şeyx Xəlifə Bin Zayed Əl Nahyan iflic keçirib. Anspress-ə BƏƏ-nin rəsmi xəbər agentliyi "WAM"a istinadən bildirir ki, dövlət başçısı əməliyyat olunub və vəziyyəti sabitdir. 

Agentliyin məlumatına görə, Nahyan cümə günü iflic keçirib və ona təcili cərrahi müdaxilə edilib. 65 yaşlı dövlət başçısı Nahyan 1971-ci ildə ölkəni quran atası Şeyx Zayid Bin Sultan Al Nahyanın vəfatından sonra 2004-cü ilin noyabr ayında Birləşmiş Ərəb Əmrliklərinə rəhbərliyə başlayıb.

Xatırladaq ki, Əbu Dabi əmiri Şeyx Xəlifə Bin Zayed Əl Nahyan dünyanın ən böyük yaxtasının sahibidir. Almaniyanın Bremen şəhərindəki "Lurssen" tərsanəsində inşa edilən 180 metr uzunluqlu nəhəng yaxtanın istehsalı 3 il çəkib və o, 600 milyon dollara başa gəlib. 

Ölçüsünə görə rekord bir müddətdə istehsal edilən dünyanın ən böyük yaxtası "Azzam"da uzunluğu 29 metr və eni 18 metr olan geniş salon var. Onun iki ədəd qaz-trubo və iki ədəd dizel mühərrikinin toplam qüvvəsi 94 min at gücünə bərabərdir. Super meqa yaxtanın iç dizaynı fransız dizayner Kristofer Leoni tərəfindən işlənib.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?