Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Kristianiya dünyanın ən azad qəsəbəsi hesab olunur. Lakin burada çox qeyri-adi qadağalar var.
Qəsəbə 1971-ci ildə sənətçiər və hippilər tərəfindən ələ keçirilib. Onlar tərk edilmiş hərbi hissədə məskunlaşmağa başlayıb və öz qaydalarını da özləri təyin edib.
Qaynarinfo sizə bu şəhər haqqında olan maraqlı məlumatları təqdim edir:
Hippi hərəkatının yüksəldiyi dönəmdə özünü anarxist, sənətçi və idealist hesab edənlər bura axın edib. Qəsəbənin divarları rəngli qraffitlərlə boyanıb, kanalın üzərində taxtadan fərqli evlər tikilib.
Avropa Birliyini rədd edirlər
Kristianiya təbii ərzaqlar satan şirin marketlər, kiçik sənət qaleriyaları və marixuana satılan stendlərin olduğu Avropanın mərkəzində, Avropa Birliyini rədd edən bir anlayışa sahibdir.
Əhali sayı 900-ə çatan Kristianiyada 400-dən çox itin yaşadığı məlumdur. Öz bayraqları, konistutisiyası və xəzinəsi olan şəhər Danimarka ilə aparılan uzun müddətli danışıqlardan sonra 2012-ci ilin iyun ayında rəsmi dövlət elan olunub.
Bu müddət ərzində Danimarka polisinin dəfələrlə basqın etməsi və qəsəbəni bağlamağa çalışmasına qarşı dirənən xalq sonda torpaqların pulunu ödəyərək, bu işi həll etməyə çalışıb.
Kristianiya Danimarkanın paytaxtında 35 hektar ərazini tutan Muxtar Respublikadır. 1971-ci ildə hippilərin və işsiz gənclərin tərk edilmiş hərbi hissələrə axını ilə yaranıb.
Qəsəbənin girişində "Hazırda Avropa torpaqları ilə vidalaşırsınız" yazısı olan lövhə var.
Özlərini digər ölkədlərdən fərqli heab edən Kristianiyanın bayrağı və "Lon" adını verdiyi əskinası var.
Bütün evlərin divraları və hətta zibil daşıyan maşınların üzəri belə qraffitilərlə rənglənib.
Burada yaşayan insanlar gündüzlər istehsalatla, axşamlar isə musiqi eşliyində birlikdə əylənməklə məşğuldular.
Bura dünyanın 4 bir yanından musiqiçilər və sənətçilər gəlir. Bölgədə sənət sevgisi olduqca yüksəkdir. Hansı küçəyə girsəniz orada mütləq qulağınıza musiqi səsləri gəlir.
Bölgədəki qanunlara görə bura motorla çalışan maşınların girişi qadağandır. Burda yalnız ətrafa zərər verməyən maşınlar istifadə olunur.
Vətəndaşlar vergi ödəmir
Bölgədə silah sahibi olmaq və istifadə etmək, kokain və metamfetamin kimi uyuşdurucu maddələr saxlamaq və satmaq qadağandır. Lakin marixuana istifadəsi və satışı azaddır.
Kristianiyanı narahat edən bütün məsələlər ortaq məclisdə həll olunur. Son qərarların birində oğurluq edənlərin burada yaşamağı qadağan edilib. Oğurluq etdiyi bilinən şəxslər dərhal Kopenhagenə sürgün edilir.
Danimarka hökuməti bölgəni bağlamağa cəhd etsə də, xalqın üsyanına qarşı çıxa bilməyib.
Hadisələrin sakitləşməsindən sonra hökumət "Xalqın bu cür vəziyyətlərdə necə reaksiya verəcəklərini öyrənmək üçün bunu etdik" desə də, Kristianiyada yaşayan insanlar bu sözlərə inanmır.
45 yaşlı bu Azad Qəsəbə hər keçən gün daha da gənc bir ruha sahib olmağa davam edir.
Kristianiyanın qəribə qanunları
Özünü təcrid edən Kristaniyaya Kopenhagenin mərkəzindən girdiyiniz zaman "Christiania" lövhəsi ilə qarşılaşırsınız. Qəsəbənin çıxışında isə "Avropa Birliyinə xoş gəldiniz" mesajı ilə Kopenhagenə daxil olduğunuzu göstərən lövhə var.
Mənəvi və fiziki çirkinliklərdən uzaqlaşmaq istəyənlərin yaşadığı bu şəhərdə foto çəkmək və qaçmaq qadağandır. Ana fəlsəfə isə əylənməkdir.
Marixuana istifadəsi və satışı sərbəstdir
Qəsəbənin mərkəz və ən hərəkətli küçəsi sayılan "Pusher street"də marixuana satan çox sayda stendlər var. Foto çəklişi bu bölgədə xüsusilə qadağandır.
Qaçmaq isə polis və mühafizə ilə bağlı həyəcanlı vəziyyət yaratdığı üçün qadağandır. Hər cür kimyasal və sintetik uyuşdurucuların satışı və oğurluq da qadağalar sırasındadır.
Velosiped istehsalı olan bu bölgədə təbii yaşam tərzi seçildiyi üçün müasir dünyadan bacardıqları qədər uzaq durmağa çalışırlar.
Lalə Niftaliyeva
Şərhlər