Dünya 10:56 20.05.2019

Dünyanın ən nəhəng seçkisində ilkin nəticələr açıqlandı

Hindistanda 1 aydan çox davam edən seçkilər ötən gün yekunlaşıb.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, "exit-poll" nəticələrinə görə, hakim "Bharatiya Janata" Partiyasının rəhbərlik etdiyi Milli Demokratik İttifaqı seçkilərin qalibi olub. Baş nazir Narendra Modinin ittifaqı səslərin 50%-dən çoxuna, parlamentdəki 543 yerdən təxminən 267-350-nə sahib çıxacaq. Hökuməti formalaşdırmaq üçün minimum 272 yer qazanmaq lazımdır. Müxalif Konqresin rəhbərlik etdiyi Birləşmiş Proqressiv İttifaq isə parlamentdə 82-132 yerə sahib çıxacaq. 

Səslərin sayılması növbəti günlərdə davam edəcək. 

Qeyd edək ki, proses dünyanın ən nəhəng seçkisi kimi tarixə düşüb. Hindistan əhalisinin 900 milyonu səsvermə hüququna sahibdir. Seçki prosesi 11 aprel - 19 may tarixlərində baş tutub.

Gülşən