Dünya 18:52 09.12.2019

Dünyanın ən nəhəng Yeni il yolkası işıqlandırıldı (VİDEO)

Dünyanın ən böyük Yeni il yolkasının işıqlandırılması mərasimi İtaliyanın Qubbio kommunasında (Umbria bölgəsi) baş tutub.

Qaynarinfo xəbər verir ki, İncino dağının cənub yamacında quraşdırılan, hündürlüyü 750, eni 450 metr olan şam ağacı 700-dən çox neon işıq kabeli ilə bir-birinə bağlıdır və yolkanın başında hər beş dəqiqədən bir rəng dəyişdirən Milad ulduzu var.

Xatırlardaq ki, Qubbioda bu ənənənin əsası könüllülərin təşəbbüsüylə 38 ildir qoyulub. 1991-ci ildə dünyanın ən böyük ağacı olaraq Ginnesin Rekordlar Kitabına düşüb və 2014-cü ildə Papa Francisk tərəfindən şəxsən işıqlandırılıb. Ağac yanvar ayının sonunda söküləcək.