ABŞ-da yaşayan Larri Qomez dünyanın ən tüklü insanı kimi tanınır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Hipertrikoz və ya Canavar Adam sindromundan əziyyət çəkən Qomezin bədəni tamamilə tüklə örtülüdür. Xəstəliyi səbəbi psixoloji problemlər yaşayan Larri illərdir mediadan uzaq yaşayır və danışmaq istəmirdi. Hazırda vəziyyəti ilə barışmış dünyanın ən tüklü adamı görünüşünə görə utanmır. Ayda bir dəfə tüklərini tamamilə kəsən Qomez tüklərin çox tez uzanmasından şikayət edir.
O, 2011-ci ildə tanış olduğu Alisiya Martinezlə evlənib.
Gülşən
Şərhlər