Dünyanın ən yaşlı insanı kimi tanınan yapon Kane Tanaka 119 yaşında dünyasını dəyişib.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Yapon mediası məlumat
yayıb.
O, Vrayt qardaşlarının uçmağa başladığı, Mariya Kürinin Nobel mükafatına layiq görüldüyü 1903-cü il yanvarın 2-də doğulub.
Kane Ginnesin rekordlar kitabı tərəfindən dünyanın ən yaşlı insanı kimi təsdiqlənib.
Ölümünə qədər o qocalar evində yaşayıb. Şokolad yeyir, riyazi problemləri həll etməkdən və oyunlardan həzz alırdı.
Kane bir əsr bundan qabaq Hideo Tanaka ilə ailə həyatı qurub və 4 uşaq dünyaya gətirib. Sonradan isə bir uşaq da övladlığa götürüb.
Bilindiyi kimi, Yaponiya uzun ömürlülər ölkəsidir. Əhalinin 28%-ni 65 yaş üstü insanlar təşkil edir.
Hazırda ölkədə 86,510 nəfər yüz yaşlı insan var. Onlardan 10-dan 9-u qadınlardır.
Kane Tanakanın ölümündən sonra dünyanın ən yaşlı insanı ünvanı fransalı Lusil Randoma keçir. Onun 118 yaşı var.
Nurlan Hüseynov