Foto 12:49 25.03.2019

Dünyanın ən yaxşı müəllimi seçildi (FOTOLAR)

Keniyalı Piter Tabiçi 2019-cu ilin ən yaxşı müəllimi seçilərək "Beynəlxalq Müəllim Mükafatı"na sahib çıxıb.

Qaynarinfo xəbər verir ki, Keniyada ucqar kəndlərdən birində dərs deyən Tabiçi maaşının 80%-ini ehtiyacı olan şagirdləri üçün xərcləyir, onlara kitab, geyim və s. şeylər alır. 36 yaşlı müəllim ona verilən statusla birlikdə 1 milyon dollar mükafata da sahib çıxıb. "Dünyanın ən yaxşı müəllimi" mərasimdə yaddaqalan nitqlə çıxış edib:
"Afrika artıq gənc alimlər, mühəndislər, dünyada məşhur olacaq investorlar yaradacaq. Qız uşaqları bu hekayənin ən vacib qəhrəmanları olacaqlar".

Qeyd edək ki, "Beynəlxalq Müəllim Mükafatı" üçün 179 ölkədən 10 min nəfər namizəd irəli sürülmüşdü.

Gülşən