"Quality of Nationality İndex” dünyanın ən yaxşı pasportlarının reytinq cədvəlini açıqlayıb.
"Qafqazinfo” xəbər verir ki, Fransa pasportu artıq 8-ci ildir liderliyini qoruyub saxlayır (83,5%).
İkinci yeri 82,8% səslə Almaniya, üçüncü yeri 81,?% səslə Danimarka tutub. Dördüncü yeri İsveç və Norveç (81,5%), beşinci yeri 81,4% səslə İslandiya bölüşüb.
İlk onluğa Finlandiya, İtaliya, ABŞ, İrlandiya və İspaniya daxil olub.
Cənubi Qafqaz ölkələrindən Azərbaycan 105-ci, Ermənistan 98-ci, Gürcüstan 77-ci yerdə qərarlaşıb.
Türkiyə isə 76-cı yerdə olub.
Şərhlər