Xəbər lenti

Dünyanın ən zəngin kəndi: bu kənddə hamı villada yaşayır (FOTOLAR)
Foto 13:10 10.05.2018

Dünyanın ən zəngin kəndi: bu kənddə hamı villada yaşayır (FOTOLAR)

Xuanxi kəndi Çinin və dünyanın ən zəngin kəndidir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 1500 sakini olan kənddə 380 ev var və demək olar ki, hamı lüks villalarda yaşayır.

Kənd eyni zamanda dünyanın bir çox məşhur abidəsinin və binasının da oxşarına sahibdir. Belə ki, burada Çin səddinin bir hissəsi, Pekindəki "Qadağan olunmuş şəhər"i, Nyu-Yorkdakı "Azadlıq abidəsi", Sidneydəki Opera binası və Parisdəki "Arc de Triomfe"nin bənzəri var.

Xuanxidə ağır sənaye, tekstil və turizmdən gələn gəlirin böyük bir hissəsi kənd sakinləri arasında bölüşdürülür. Sakinlərin sözlərinə görə ötən il kəndin gəliri artıq olduğundan hər bir ailəyə avtomobil hədiyyə edilib.

Xuanxi əslində kənddən daha çox bir icma və ya quruluş təsiri bağışlayır ki, kəndlilər də bu quruluşun səhmdarlarıdır.

Xuanxi 2003-cü ildə 10 milyard yuanlıq istehsalı ilə Çinin ən zəngin kəndi ünvanını qazanıb. Hər il buraya 2 milyondan çox turixt axın edir. Kəndin 2 ədəd vertolyotu və qitələrarası səyahət üçün də 2 ədəd yük gəmisi var.

Kəndin qurucusu və bələdiyyəsi olan 84 yaşlı Vu Rınbao evlərin hamısının kəndin daxili gəliri hesabına inşa edildiyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->