Texnologiya 18:32 19.04.2018

Dünyanın ilk ticarət "hyperloop" xətti çəkilir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi ilə Dubay sərhəddində dünyanın ilk ticarət "hyperloop" xətti tikilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci ildə istifadəyə veriləcək "hyperloop"un uzunluğu 10 km-dir. 

"Al Maktoum" hava limanı yaxınlığında yerləşən "hyperloop"un ilk bölümü "Expo 2020" sərgisinə qədər inşa ediləcək. Qeyd edək ki, nəqliyyat sisteminin Səudiyyə Ərəbistanının paytaxtı Riyada qədər uzanması planlaşdırılır.

Qeyd edək ki, amerikalı mühəndis İlon Maskın şirkətləri tərəfindən dizayn edilən "hyperloop" çox sürətli və gələcəyin nəqliyyat vasitəsi hesab edilir.

Gülşən