Xəbər lenti

Dünyasını dəyişən 13 yaşlı qız 8 nəfərin həyatını xilas etdi
Dünya 17:50 08.09.2017

Dünyasını dəyişən 13 yaşlı qız 8 nəfərin həyatını xilas etdi

İngiltərədə anevrizma diaqnozu ilə dünyasını dəyişən 13 yaşlı qız orqanları ilə 8 nəfərin həyatını xilas edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2012-ci ildə dünyasını dəyişən Cemayma Leyzlın ürəyi, ağciyəri, qaraciyəri, böyrəkləri, nazik bağırsağı, mədəaltı vəzi 8 fərqli insana verilib. Yeniyetmənin böyrəkləri, qaraciyəri və ağciyəri 2 fərqli şəxsə həyat verib. İngiltərə Milli Sağlamlıq Təşkilatı bu rəqəmin rekord olduğunu, indiyə qədər belə bir faktın qeydə alınmadığını deyib. 

Cemaymanın ailəsi qızlarının ağıllı, mərhəmətli, yaradıcı biri olduğunu və onun mirası ilə fəxr etdiklərini bildiriblər. Yeniyetmənin ailəsi beyin narahatlığı olan gənclərə yardım edən və orqan bağışlanması ilə məşğul olan "Jemina Layzell Trust" adlı qurum yaradıblar. 

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->