Ölkə 10:54 30.09.2020

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

Bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

"Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür", - nazirlikdən bildirilib.