Video 15:27 28.01.2021

Düşmənə belə zərbələr endirildi - Vətən müharibəsindən yeni görüntülər (VİDEO)

Sosial şəbəkələrdə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı düşmənə "cəhənnəm silahı” kimi tanınan TOS-1A "Solntsepyok” odsaçanından zərbə endirməsinə dair yeni görüntülər yayılıb.

Cənub cəbhəsində çəkildiyi təxmin edilən görüntülərə əsasən döyüşçülər düşmənin təpəlikdə yerləşən mövqelərinə termobarik başlıqlı raketlərlə zərbə endirib. Və kadr arxasından döyüşülərdən biri qışqırır: "Ora bax, qaçırlar, sağ tərəfi vur, sağ tərəfi...”

Bunun ardınca odsaçandan daha bir yaylım atəşi açılır və təpəliyin arxasında, düşmənin qaçdığı istiqamətdə böyük ərazi əsl cəhənnəm alovuna bürünür.
 
Virtualaz.org