Erməni silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Ermənistan hərbi birləşmələri Goranboy rayonunu dəfələrlə intensiv atəşə tutmasına baxmayaraq, yerli sakinlər öz yurdlarını tərk etmir.
Onlar ordumuza və onun uğurlarına inanırlar.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Şərhlər