Xəbər lenti

Dünya 09:50 26.03.2019

Düsseldorfa uçan təyyarə səhvən Edinburqda enib

"British Airways" aviaşirkətinin Düsselforda uçan sərnişin təyyarəsi səhvən Şotlandiyanın paytaxtı Edinburqa eniş edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlər pilotun "Edinburqa xoş gəldiniz" ifadəsindən sonra Edinburqda olduqlarını anlayıblar.

Aviaşirkətdən bildirilib ki, sənədlər yanlış hazırlandığından belə bir səhv baş verib. Pilot isə məsələnin necə baş verdiyindən xəbərsiz olduğunu deyib.

Sərnişinlər daha sonra Düsselforda çatdırılıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->