“Düşünməyin ki, “xilaskar” bu pulları arvadının fondundan ödəyəcək...” (ŞƏRH)

“Düşünməyin ki, “xilaskar” bu pulları arvadının fondundan ödəyəcək...” (ŞƏRH)

"Hesab edirəm ki, bu kimi çıxışlar Ermənistanda hakimiyyət uğrunda mübarizənin göstəricilərindən biridir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyanın Zod qızıl mədəni ərtafında baş verənlərə görə Nikol Paşinyanın tənqid etməsi ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib. Politoloq bunun açıq şəkildə Ermənistan cəmiyyətini Paşinyana qarşı yönəltmək məqsədi güdən bir hərəkət olduğunu vurğulayıb: 

"Bir az əvvəl Paşinyan xalqa müraciət etdi. Müraciətində açıq şəkildə bu məsələyə də toxundu. Bunların hamısının yalan məlumat olduğunu dedi. Bildirdi ki, bunlar Ermənistan müxalifətinin və müəyyən qüvvələrin hakimiyyətə qarşı yönəlmiş məsələlərdir. Daxildə çaxnaşma yaratmaq istəyirlər. Ona görə də bunu edirlər. Ortada heç bir fakt yoxdur”. 
 
 

Hüquq müdafiəçisi Əkrəm Həsənov bildirib ki, Azərbaycana məxsus ərazidə hansısa xarici dövlət, rəsmi təsdiqlənən hansısa sənədlə iş görüb, mənfəət əldə edibsə, bu, qanun pozuntusudur:

"Buna görə biz beynəlxalq məhkəmələrə müraciət edib Azərbaycana dəyən zərərin əvəzini, oradan götürülən gəlir geri tələb etməliyik. Bunun hüququ tərəfi budur, heç kəs Azərbaycan ərazisində təbii ehtiyatlardan dövlətin razılığı olmadan gəli götürə bilməz. Ümumiyyətlə, heç bir iqtisadi fəaliyyətlə məşğul ola bilməz”.

Qeyd edək ki, Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan Zod qızıl mədəni ilə bağlı baş verənlərə görə Nikol Paşinyanı sərt tənqid edib. Sabiq nazir "Dünən Müdafiə Nazirliyinin də təsdiqlədiyi kimi, bu mədənin yarısı Azərbaycana məxsusdursa, o zaman bu, bizim cahilin (Paşinyanı nəzərdə tutur. – red.) buna qədər həmin mədəndəki istehsal prosesinin qanunsuz olduğuna imza atması deməkdir. Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin. Nəzərinizə çatdırım ki, bundan maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib. Düşünməyin ki, "xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Əliyevə verəcək”,- deyə bildirib.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR